Teymur Rəcəbov “Linares” turnirində ilk qələbəsini Aronyan üzərində qazandı
03.03.2009 - 00:27
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyada təşkil olunan ənənəvi “Linares” superturnirində ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz X tur çərçivəsində ermənistanlı Levon Aronyanı təslim edib. Turun digər qələbəsini çinli Van Yue Maqnus Karlsen (Norveç) üzərində qazanıb. Vişvanatan Anand (Hindistan) – Lenyer Dominqes (Kuba) və Aleksandr Qrişuk (Rusiya) - Vasili İvançuk görüşlərində qalib müəyyənləşməyib.
X turdan sonra Qrişuk 6,5 xalla vahid liderdir. İvançuk 5,5, Aronyan, Karlsen və Anandın 5 xalı var. Rəcəbovla Yue 4,5, Dominqes isə 4 xal toplayıb.
X turdan sonra Qrişuk 6,5 xalla vahid liderdir. İvançuk 5,5, Aronyan, Karlsen və Anandın 5 xalı var. Rəcəbovla Yue 4,5, Dominqes isə 4 xal toplayıb.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0