Nə oldu sənə, nə oldu böylə? - FOTO
10.03.2009 - 12:01
Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova Türkiyənin İstanbul şəhərində təşkil olunan Qran-Pri turnirində “uğursuz zolaq”dan çıxa bilmir. Apasport.az saytının məlumatına görə, 26 yaşlı idmançımız ardıcıl 3 oyundur məğlubiyyət acısı dadır.
Öncə Marta Bakuerro Fyerro (Ekvador) və Yifan Houya (Çin) uduzan Məmmədyarova III turda da xalsız qalıb. O, qara fiqurlarla çinli Xue Çao önündə “ağ bayraq” qaldırıb. Buna görə Zeynəb hazırda sonuncu, 12-ci pillədə qərarlaşıb.
Təmsilçimiz bu gün IV tur çərçivəsində Fransa şahmatçısı Mari Sebaqla görüşəcək. Reqlamentə əsasən, yarış iştirakçıları bir dövrədən ibarət sistem üzrə 11 turda mübarizə aparırlar.

- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0