“Azərbaycan yığması komanda kimi güclü deyil”
18.03.2009 - 15:57
Bəhram Mürvətov yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi postundan kənarlaşdırılması haqda qərarı şərh edib. Apasport.az saytının məlumatına görə, Mürvətov lent.az-a açıqlamasında vəzifəsindən uzaqlaşdırılmasında heç bir problem görmədiyini bildirib.
Əsas işinin yunan-Roma güləşçiləri hazırlamaqdan ibarət olduğunu deyən mütəxəssis ona həvalə olunan istənilən vəzifədə çalışmağa hazır olduğunu söyləyib: “Fransada başa çatan Dünya Kuboku və Macarıstanda uzunmüddətli təlim-məşq toplantısında iştirakımızla əlaqədar Bakıya martın 17-də qayıtmışıq. Güləş Federasiyasının çıxardığı qərardan məni də xəbərdar ediblər. Baş məşqçi köməkçisi postuna qaytarılmağımda heç bir problem görmürəm. İstəsələr, yığmada 5-ci məşqçi də işləyərəm”.
Mürvətov yunan-roma güləşi üzrə millimizin Dünya Kubokunda 8 ölkə arasında sonuncu yeri tutmasına da münasibət bildirib. Onun fikrincə, zəif nəticə Azərbaycanın komanda şəklində o qədər də güclü olmaması ilə əlaqədardır: “Yığmamızın Dünya Kubokunda mümkün qədər uğurla çıxış etməsi üçün öz tərəfimdən nə lazımdırsa, etmişəm. Sadəcə, bir komanda kimi o qədər də güclü deyilik. Yalnız fərdi baxımdan bir neçə güləşçimizi göstərmək olar. Onlardan da olimpiya və dünya çempionu Fərid Mansurovu yenicə müalicədən qayıtdığı üçün Dünya Kubokunda güləşməyə qoymadım. Avropa çempionu və olimpiya mükafatçısı Vitali Rəhimov isə ayağındakı zədəni sağaltmaqla məşğuldur. Bu səbəbdən, Dünya Kubokunda uğurla çıxış edə bilmədik”.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0