Yığmamızın baş məşqçisi xanım pəhləvanı xilas etdi
06.04.2009 - 16:56
Azərbaycanın qadın güləşçilərindən ibarət yığmasının baş məşqçisi Orest Skobelski yetirməsi Zümrüd Qurbanhacıyevanı xilas edib. Apasport.az saytının məlumatına görə, Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa çempionatında gümüş medal qazanan xanım pəhləvanımız bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin əhatəsinə düşüb.
Media nümayəndələri Zümrüddən qitə birinciliyindəki çıxışı haqda fikrini öyrənmək istəsələr də, danışmağa utanan güləşçi tərəddüd edib. Nəhayət, o, baş məşqçisinin müdaxiləsi sayəsində vəziyyətdən çıxa bilib. Ukraynalı mütəxəssis Qurbanhacıyevanın əvəzinə danışmaqla, onun xilaskarına çevrilib.
“Zümrüd da digər güləşçimiz Mariya Stadnik kimi, Avropa çempionu ola bilərdi. Ancaq bunun üçün təcrübəsi çatmadı. Qurbanhacıyevanın finaldakı rəqibi həddən artıq təcrübəli idi və bunun hesabına onu üstələyərək, yarışın qalibi oldu. Ancaq Zümrüd də gələcəkdə çempion ola bilər, belə şansı var. Qarşıdan dünya çempionatı gəlir. Zümrüd həmin məsul turnirə yaxşı hazırlaşıb, çempionluq şansını əldən buraxmamalıdır” – deyə Skobelski vurğulayıb.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0