Güləşməyə cavanlar gedir
10.04.2009 - 14:05
Aprelin 15-də Özbəkistanın paytaxtı Daşkənddə yunan-Roma və sərbəst güləş üzrə “Qızıl Qran-Pri” seriyasından növbəti yarış start götürəcək. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə ölkəmizin şərəfini 16 idmançı qoruyacaq. Yığmamızın əsas üzvləri az öncə Avropa çempionatında qüvvələrini sınadıqlarından Daşkəndə gənc pəhləvanlar aparılacaqlar.
Yunan-Roma növündə Qadir Süleymanov, Elçin Əliyev (hər ikisi 55 kq), Sakit Cəlilov, Hacıxan Mustafayev (hər ikisi 60 kq), Elşad Səfərov, Emin Əhmədov (hər ikisi 66 kq) və Elgiz Məmmədov (84 kq) çıxış edəcək.
Sərbəst güləşçilərimizdən isə yarışda Ceyhun Əliyev (55 kq), Xaybulla Şaalov (60 kq), Emin Əzizov, Elmir Qəmbərov (hər ikisi 66 kq), Elnur Aslanov, Elnur Əliyev (hər ikisi 74 kq), Şərif Şərifov (84 kq), Cəmaləddin Maqomedov (96 kq) və Maksim Proxorov (120 kq) mübarizə aparacaq. “Qızıl Qran-Pri”yə aprelin 18-də yekun vurulacaq.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0