Yığmamız 3-cü oldu, kubok Rumıniyada qaldı
13.04.2009 - 12:14
Ağır atletika üzrə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda 7 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası 2 gümüş medal qazanıb.
Həmvətənlərimizdən medalları Zülfüqar Süleymanov (62 kq) və İntiqam Zairov (85 kq) qazanıb. Bundan başqa, 3 atletimiz mükafatçılar arasına düşməyə çox yaxın olub. Belə ki, Əfqan Bayramov (69 kq), Namiq Cəmilov (77 kq) və Rövşən Fətullayev (94 kq) 4-cü yeri tutublar. Sərdar Həsənov (69 kq) 8-ci, Əlibəy Səmədov (105 kq) isə 9-cu pillədə qərarlaşıb.
Yekun nəticədə Azərbaycan komanda hesabında yalnız Rusiya və Türkiyəni özündən irəli buraxıb. İdmançılarımız Vətənə dönsələr də, üçüncü yeri tutduğuna görə yığmamıza verilən kubok Rumıniyada qalıb. Buna səbəb komandamızın Buxaresti yarış bitməmiş tərk etməsidir. Kuboku Bakıya Türkiyə yığmasının baş məşqçisi göndərəcək.
Qeyd edək ki, ötən il İtaliyada keçirilmiş Avropa çempionatında da milli komandamız üçüncü olmuşdu.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0