Nizami Paşayev məşqçiliyə başladı
13.04.2009 - 15:49
Azərbaycanın ən titullu ağırlıqqaldıranı, ikiqat dünya çempionu Nizami Paşayev məşqçilik fəaliyyətinə başlayıb. Bu haqda apasport.az saytına Azərbaycan gənclər və idman nazirinin müavini, Ağır Atletika Federasiyasının baş katibi İsmayıl İsmayılov məlumat verib. Onun sözlərinə görə, Paşayev yeniyetmələrdən ibarət yığmaya məşqçi təyin olunub.
“Nazirliyin tapşırığı ilə Nizami Paşayev yeniyetmələrdən ibarət milli komandada məşqçi vəzifəsində çalışacaq. O, çox təcrübəli, istedadlı, ali təhsilli idmançıdır. Bu addımı Paşayevin məşqçi kimi püxtələşməsi və biliyini yeniyetmə atletlərə öyrətməsi üçün atmışıq” - deyə İsmayılov vurğulayıb.
İsmayılov onu da bildirib ki, Nizaminin məşqçi fəaliyyətinə başlaması onun idmançı karyerasını bitirməsi anlamına gəlmir: “O, bundan sonra da 94 kq çəki dərəcəsində çıxışını davam etdirəcək. Paşayev payızda keçiriləcək dünya çempionatında qüvvəsini sınayacaq”.
Qeyd edək ki, yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Mamed Hüseynovdur.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0