Baş məşqçimizin oğlu və gəlini bürünc medal qazandı
14.04.2009 - 17:52
Azərbaycanın stend atıcılığı üzrə milli komandası İtaliyanın Lonato şəhərində keçirilən Avropa kuboku uğrunda yarışda iştirak edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, turnirdə 5 stend atıcımız qüvvəsini sınayıb.
Baş məşqçi Hafiz Cəfərovun yetirmələrindən ikisi fəxri kürsüyə yüksəlib. Onun oğlu Emin Cəfərov və gəlini Nurlana Cəfərova bürünc medala layiq görülüb. Bundan başqa, olimpiya çempionu Zemfira Meftahəddinovanın qızı Regina 4-cü yeri tutub. Digər stend atıcılarımızdan Elçin Babayev 31-ci, Elvin İsmayılov isə 48-ci sırada qərarlaşıb.
Yarışdan sonra yığmamız Lonatoda təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi aprelin 20-dək davam edəcək.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0