Dünya Kubokunda bürünc medal qazandıq
20.04.2009 - 12:47
Azərbaycan gimnastı Aliyə Qarayeva Portuqaliyanın Portimao şəhərində başa çatmış Dünya kuboku yarışlarında bürünc medal qazanıb. Gimnastika Federasiyası mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, idmançımız ən yüksək nəticəni iplə hərəkətlərin finalında göstərib – 26,275 bal. Aliyə bu alətlə yalnız rusiyalı olimpiya çempionu Yevgeniya Kanayeva və hazırkı dünya çempionu Anna Bessonovadan geri qalıb.
Digər finallara gəlincə, Qarayeva lent və halqa ilə 8-ci-9-cu, çoxnövçülükdə isə 12-ci nəticəni göstərib. Kubokda ölkəmizi təmsil edən digər gimnastlardan Anna Qurbanova və Samirə Mustafayeva 49 iştirakçı arasında, müvafiq olaraq, 14 və 30-cu yerləri tutublar.
Azərbaycanın böyüklərdən ibarət qrup komandası isə final səkkizliyinin bir addımlığında qalıb. Gimnastlarımız 5 halqa, 3 lent/2 iplə 9-cu yeri tutublar (45.05 bal). Qeyd edək ki bu, qrup komandamızın ötənilki olimpiadadan sonra yeni qaydalarla və dəyişilmiş heyətlə ilk çıxışıdır.
Qrup komandalarının mübarizəsində yapon gimnastlarının çıxışı sensasiya doğurub – onlar qarışıq hərəkətlərdə birinci yeri tutublar.
Dünya kuboku ilə paralel Portimaoda yeniyetmə qrup komandalarının da beynəlxalq turniri keçirilib. Azərbaycan kollektivi təsnifat mərhələsini keçərək, finalda 5 lentlə (20.8 bal) 7-ci yeri tutub. Mükafatçılar üçlüyünü isə Rusiya, Belarus və Bolqarıstan komandaları təşkil edib.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0