Mingəçevirdə avarçəkənlərin Azərbaycan çempionatı keçiriləcək
21.04.2009 - 12:31
Aprelin 30-da Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Bu haqda apasport.az saytına Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən xəbər verilib.
Ölkə birinciliyinə yeniyetmə (18 yaşadək) və gənc (23 yaşadək) avarçəkənlər qatılacaqlar. 1995-1997-ci il təvəllüdlü idmançılarımız isə yarışda müsabiqədənkənar çıxış edəcəklər.
Oğlan və qızlar arasında keçiriləcək çempionat Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun aparılacaq. Akademik avarçəkənlər 1 nəfərlik, 2 nəfərlik və 4 nəfərlik qayıqlarda 2000 metrlik məsafəyə yürüşdə qüvvələrini sınayacaqlar. Kayak və kanoeçilər isə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla 200 metr, 500 metr və 1000 metrlik məsafələri qət edəcəklər.
Açılış mərasimi aprelin 30-da saat 10:00-da olacaq. Çempionata mayın 2-də yekun vurulacaq.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0