Yığmamız İtaliyadan gəlib, Misirə gedir
24.04.2009 - 15:30
Stend atıcılığı üzrə Azərbaycan milli komandası növbəti yarışa hazırlaşır. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yığmamız Misirin paytaxtı Qahirədə təşkil olunacaq Dünya Kubokunda qüvvəsini sınayacaq.
Hafiz Cəfərovun rəhbərlik etdiyi kollektivdə Regina Meftahəddinova, Emin Cəfərov, Nurlana Cəfərova, Elvin İsmayılov və Elçin Babayev yer alıb. Həmyerlilərimiz səfərə aprelin 30-da yollanacaqlar. Yarış mayın 10-dək davam edəcək.
Qeyd edək ki, yığma bu ay eyni heyətlə İtaliyanın Lonato şəhərində olub. Orada beynəlxalq turnirdə iki bürünc medal qazanmış milli komandamız aprelin 20-dək təlim-məşq toplanışı keçib.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0