İradə Aşumovanın oğlu Almaniyada atəş açdı
30.04.2009 - 18:07
Almaniyanın Hannover şəhərində güllə atıcılığı üzrə beynəlxalq turnir start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan yığmasının üzvü Ruslan Lunyov uğurla çıxış edib.
Afina Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın oynayan-məşqçisi İradə Aşumovanın oğlu olan Ruslan 50 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açmada gənclər arasında birinci yeri tutub. O, 633,7 xal (539+94,7) toplayaraq, qızıl medala layiq görülüb.
Lunyov 10 metrlik məsafədən pnevmatik tapança, eləcə də 25 metrlik məsafədən sürətli atəş açmada da öz bacarığını nümayiş etdirəcək. Bundan başqa, İradə Aşumova və Nigar Bağırova da yarışda qüvvəsini sınayacaq.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0