“Əmin olmaq istərdim ki, tezliklə sizin səsiniz dünya və Avropa çempionatlarından gələcək”
01.05.2009 - 17:37
Bu gün mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş VII beynəlxalq boks turnirin açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında mayın 5-dək davam edəcək yeniyetmələrin yarışında 9 ölkədən 123 idmançı mübarizə aparacaq. Ənənəvi turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Hindistan, İrlandiya və Özbəkistan təmsilçiləri də qüvvəsini sınayacaqlar.
Açılış mərasimini Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov açıb: “Siz boksçular yeniyetmə yaşlarından boksu seçmisiniz. Əmin olmaq istərdim ki, tezliklə sizin səsiniz Avropa və dünya çempionatlarından gələcək. Beynəlxalq yarışlarda nailiyyətlər qazanıb, Azərbaycanı uğurla təmsil edəcəksiniz. Ölkəmizdə idmana böyük dövlət qayğısı göstərilir. Bu qayğı və diqqət beynəlxalq turnirlərdə qazanılan uğurlu nəticələrdə özünü büruzə verir. Bu yaxınlarda güləşçilərimiz Avropa çempionatında böyük uğur qazandı. Cüdo və digər idman növlərində də uğurlar əldə olunub. Bu gün start götürən boks turnirinin iştirakçılarına uğurlar arzulayıram”.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da turnirə qatılan idmançılara uğurlar arzulayıb.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0