Anandın Bakıya səfəri təxirə düşdü
06.05.2009 - 10:33
Şahmat üzrə dünya çempionu Vişvanatan Anandın Bakıya səfəri təxirə düşüb. Apasport.az saytının məlumatına görə, mayın 5-dən 6-na keçən gecə, saat 03:30-da paytaxtımıza gəlməli olan hindistanlı idmançı nəzərdə tutulan vaxtdan 1 sutka sonra burada olacaq. Onu Bakıya gətirəcək reys qeyri-müəyyən səbəbdən təxirə salınıb.
Beləliklə, “Hind pələngi”ni bu gecə ölkəmizdə görmək mümkün olacaq. Sabah mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident kuboku”nda mübarizə aparacaq Anand Bakıya həyat yoldaşı ilə birgə gələcək. İspaniyada yaşayan dünya çempionu paytaxtımıza Çilidən uçacaq.
“Prezident kuboku”nun digər əcnəbi iştirakçıları - Vladimir Kramnik (Rusiya) və Sergey Karyakin (Ukrayna) artıq Bakıdadır. İspaniyalı Aleksey Şirov isə günorta gələcək. Üçgünlük turnirdə Azərbaycan şahmatçılarından Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədov oynayacaq.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0