Boksçu rinqdə dünyasını dəyişdi
06.05.2009 - 14:41
Meksikalı boksçu Bencamin Flores nokauta düşdüyü döyüşdən bir neçə gün sonra dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, mayın 24-də 25 yaşı tamam olacaq idmançı üçün amerikalı El Siqerlə görüş sonuncu olub.
55,3 kq çəki dərəcəsində peşəkarlar arasında Şimali Amerika çempionu olmaq uğrunda döyüşün səkkizinci raundunda yerə sərilən meksikalı bir də ayağa qalxmayıb. Nokauta düşəndən sonra ətrafdakıların köməyilə öz küncünə aparılan Bencamin döyüş zalını xərəkdə tərk edib. Yaxınlıqdakı xəstəxanaya çatdırılan idmançı elə orada vəfat edib.
Qeyd edək ki, peşəkar karyerasında 23 döyüş keçirən Flores 2007-ci ilin aprelindən məğlubiyyət acısı yaşamırdı.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0