Elvin Əliyev kimi döyüb?
08.05.2009 - 12:26
Azərbaycan boks yığması Polşada keçirilən beynəlxalq turnirə uğurla başlayıblar. Apasport.az saytının məlumatına görə, yarışın startında 2 idmançımız qələbə qazanıb. Bunlar Elvin Əliyev (60 kq) və Emil Əhmədovdur (69 kq).
Belə ki, Elvin birinci döyüşdə polşalı Devid Soçkonu 11:2 hesablı ilə üstələyib. Emil isə Dumitru Sareyevi (Moldova) daha asanlıqla məğlub edib - 9:0.
Digər boksçularımız - Elvin Məmişzadə (48 kq), Nihad Seyidov (51 kq), Fərid Mansurov (54 kq), Heybətulla Hacıəliyev (60 kq), Sərvan Əliyev (64 kq), Murad Ağamalıyev (69 kq), Tərlan Abdullayev (81 kq), Vətən Hüseynli (91 kq) və Fərid Paşayev (+91 kq) hələ rinqə çıxmayıblar. Turnir mayın 10-da yekunlaşacaq.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0