Azərbaycanlı idman məmuru beynəlxalq federasiyanın İcraiyyə Komitəsinin üzvü olacaq
14.05.2009 - 16:25
Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinə üzv seçilə bilər. Apasport.az saytının məlumatına görə, bunu Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı keçirilən mətbuat konfransında UEG-in prezidenti Dimitrios Dimitropoulos deyib.
O, bu ilin noyabrında İcraiyyə Komitəsinə keçiriləcək seçkilərdə Altay Həsənovun da qələbə şansını yüksək qiymətləndirib. Həsənov isə bu barədə danışmağın tez olduğunu söyləyib: “Çox sağ olsunlar ki, mənə belə bir vəzifə təklif edirlər. İcraiyyə Komitəsinə seçilib-seçilməyəcəyim haqda isə indidən danışmaq tezdir”.
AGF-nin vitse-prezidenti, həmçinin sabah başlanacaq Avropa çempionatı haqda fikirlərini bölüşüb. Həsənov gimnastlarımızın bu dəfə 2007-ci ildə paytaxtımızda keçirilmiş qitə birinciliyindən də yaxşı nəticə qazanacaqlarına inandığını bildirib.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0