Türkiyə milli komandasının üzvü güllələndi
15.05.2009 - 13:47
Türkiyə Tokat valisində faciəvi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin milli güləş yığmasının üzvü Mustafa Gürsoy qətlə yetirilib. Onu tapança ilə güllələyiblər.
1973-cü ildə Ərzurumda doğulmuş Gürsoy uzun müddət Türkiyənin milli güləş üzrə komandasının şərəfini qoruyub. O, bir sıra nüfuzlu yarışlarda yığmanı təmsil edib. Son vaxtlar isə Mustafa kikboksinqlə məşğul olurmuş. Hətta tanınmış idmançı bəzi kikboksinq turnirlərində şərhçi kimi də fəaliyyət göstərib.
Bədbəxt hadisə Tokatda yaşanıb. Mustafanın F.D. adlı şəxslə qeyri-müəyyən səbəbdən gecə saatlarında sözləri çəp gəlib. Tərəflər arasında mübahisə qızışıb və gözlənilmədən F.D. cibindən tapança çıxararaq, güləşçiyə bir güllə vurub. Gürsoyu maşınla dərhal xəstəxanaya aparıblar. Lakin o, aldığı güllə yarasından yolda keçinib. Onun dostu Nazim İ. də güllələnməyinə baxmayaraq, sağ qalıb.
Hadisə yerindən qaçan F.D. ilə dostu E.S. Amasyada yaxalanıb. Şübhəli şəxs qismində daha iki nəfər saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0