Cüdoçularımız Ukraynada 2 qızıl, 1 bürünc medal qazandılar
18.05.2009 - 10:40
Ukraynanın paytaxtı Kiyevdə gənc oğlan və qızlar arasında təşkil olunmuş beynəlxalq cüdo turnirinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışa qatılan 23 idmançımızdan 3-ü fəxri kürsüyə yüksəlib.
Belə ki, İlqar Müşkiyev (55 kq) və Ramin Qurbanov (81 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib çıxıblar. Digər həmyerlimiz Mirzə Əsgərov (60 kq) isə 3-cü yeri tutub.
Cüdoçularımız turnirin ardından Kiyevdə start götürən təlim-məşq toplanışında iştirak etdikdən sonra Vətənə dönəcəklər.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0