6 idmançımız “Baku Fencing Open” turnirinin yarımfinalında!
23.05.2009 - 15:34
Bakı İdman Sarayında qılıncoynatma üzrə beynəlxalq “Baku Fencing Open” turnirində yarımfinalçılar bəlli olub. apasport.az saytının məlumatına görə, yarışın ilk günü mübarizəyə sablyaçı kişi və qadınlar qoşulub. Kişilərin yarışlarında Ramin Əmirov, Cəlil Ələsgərov və Azər Tağıyev yarımfinala çıxıblar.
Qızların mübarizəsində Azərbaycan idmançıları arasında eyni uğuru Sabina Mikina, Sevil Bünyadova və Aidə Ələsgərova təkrarlayıb.
Azərbaycan qılıncoynatma üzrə yığma komandasının baş məşqçisi Tahir Həkimov turnirində yetirmələrinin çıxışını yüksək dəyərləndirib. O bildirib ki, 6 idmançımızın yarımfinala adlaması böyük uğurdur. Ümumiyyətlə, doğma meydanda medalları heç kəsə güzəştə getmək fikrimiz yoxdur.
AzərTac

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0