Demyanenko Azərbaycana gümüş gətirir
24.05.2009 - 12:58
Azərbaycan kanoeçiləri Polşanın Poznan şəhərində keçirilən Dünya Kuboku turnirinin ikinci mərhələsində 500 metrlik məsafəyə yürüşdə gümüş və bürünc medal qazanıb. Apasport.az saytının məlumatına görə, kanoe qayıqlarında 500 metrlik məsafəyə yarımfinal yürüşlərindən sonra Valentin Demyanenko birnəfərlik, Sergey Bezuqlı – Maksim Prokopenko dueti isə ikinəfərlik qayıqda öz yarımqruplarında hamını qabaqlayaraq, finala çıxıblar. Finalda Demyanenko gümüş, Bezuqlı – Prokopenko dueti isə bürünc medal qazanıb.
Xatırladaq ki, 1000 metrlik məsafəyə yarımfinal yürüşündə Bezuqlı – Prokopenko dueti seçmə mərhələdə öz yarımqrupunda ikinci yeri tutaraq, birbaşa əsas finala vəsiqə qazanıb.
Final mərhələsinin yürüşləri bu gün keçiriləcək.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0