Nizami Paşayev: Baş məşqçi kimi yarışa çıxmaq daha çətindir
25.05.2009 - 23:16
“İdmançı ilə müqayisədə baş məşqçi kimi yarışa çıxmaq daha çətindir. Çünki idmançı həyəcanı bir dəfə yaşayır. Baş məşqçi isə hər bir yetirməsinin məsuliyyətini daşıyır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın yeniyetmələrdən ibarət ağır atletika üzrə milli komandasının baş məşqçisi Nizami Paşayev deyib.
Ölkəmizin ən titullu ağırlıqqaldıranı, ikiqat dünya çempionu olan Paşayev baş məşqçi qismində ötən həftə Tailandın Çanq May şəhərində keçirilmiş dünya çempionatında debüt edib. Onun yetirmələrindən biri Nailxan Nəbiyev (77 kq) yarışda bürünc medal qazanıb. Yığmamız isə komanda hesabında 64 kollektiv arasında 10-cu yeri tutub.
Nizami Paşayev yaradılan şəraitə görə müvafiq qurumlara minnətdarlığını bildirib: “Fürsətdən istifadə edib, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, eləcə də Ağır Atletika Federasiyasının rəhbərliyinə təşəkkürümü çatdırıram”.
Qeyd edək ki, dünya çempionatı 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. Bu olimpiadaya 1 ağırlıqqaldıranımız lisenziya qazanıb.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0