Mayk Taysonun qızı ölür
26.05.2009 - 09:38
Məşhur boksçu Mayk Taysonun 4 yaşlı qızı ABŞ-ın Feniks şəhərində həddən artıq ağır vəziyyətdə təcili xəstəxanaya çatdırılıb. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, qızın boynuna trenajor qurğusunun məftili dolaşıb.
Feniks şəhər polisindən bildirilib ki, söhbət faciəvi təsadüfdən gedir. Qızın boğazı qaçış cığırının məftilinin ilgəyinə keçib. Hadisə vaxtı onun anası qonşu otağı yığışdırırmış. Ağır vəziyyətdə olan qızı 7 yaşlı qardaşı görüb və anasına xəbər verib. Anası qızını ilgəkdən azad etdikdən sonra xilasetmə xidmətinə məlumat verib və övladına ilkin yardım göstərməyə çalışıb.
Xəstəxanadan Taysonun qızının vəziyyətinin kritik olduğunu bildiriblər. Uşaq süni həyat təminatı qurğusuna qoşulub. Hadisə vaxtı Las-Veqasda olan Tayson təcili Feniksə uçub.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0