Olimpiya çempionunun evini yardılar
19.06.2009 - 10:45
Yamaykalı olimpiya çempionu Useyn Boltun evini yarıblar. Apasport.az saytının məlumatına görə, 100 və 200 metr məsafələrə qaçışda dünya rekordçusu olan idmançının evindən elektron avadanlıqlar oğurlanıb.
Artıq araşdırmaya başlayan polis oğruların tapılmasına çalışır. Oğurluq haqda polisə Useynin qardaşı Sadeke məlumat verib. O, qarət zamanı digər otaqda yatırmış. Useynin qardaşı bildirib ki, oğrular evdən noutbuk, mobil telefonlar və şifrəli videokamera aparıb. Polisin verdiyi məlumata görə, oğurlanan əşyaların ümumi dəyəri 1100 dollar təşkil edir.
Qeyd edək ki, Bolt Pekin Olimpiadasında həm çempion, həm də dünya rekorduna imza atıb. İyunun 17-də Ostravada keçirilən turnirdə Bolt öz rekordunu yaxşılaşdırsaydı, təşkilatçılardan 100 min dollar bonus alacaqmış. Lakin o, nəticəsini təzələyə bilməyib.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0