Rövşən Bayramov üçün ən gözəl hədiyyə - FOTO
21.06.2009 - 15:44
Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplantısında olan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri xoş bir hadisəni bayram ediblər. Apasport.az saytının məlumatına görə, məşq prosesi zamanı Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov və yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Pekin Yay Olimpiya oyunlarının gümüş mükafatçısı, 2 qat Avropa çempionu Rövşən Bayramova «Əməkdar İdman Ustası» fəxri adının vəsiqəsini təqdim ediblər. Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə güləşçiyə təşəkkürünü bildirən nazirlik rəsmisi idmançıların hər birinə yüksək nailiyyətlər və bu cür fəxri adlar arzulayıb.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0