Anna Kurnikova gecə klubunda qalmaqal saldı
01.07.2009 - 13:00
Tanınmış tennisçi Anna Kurnikova qalmaqal salıb. Apasport.az saytının məlumatına görə, rusiyalı idmançı Las-Veqasda gecə klublarının birində insidentlə üzləşib.
Belə ki, onunla qonşu stolda oturan xanımın əlindəki dolu qədəh Annanın üstünə tökülüb. Bundan hiddətlənən Kurnikova həmin qadının üzərinə qışqırmağa və onu itələməyə başlayıb. Ardından mühafizəçilər rus gözəlçəyə problem yaradan xanımı klubdan çıxarıblar.
Britaniya mətbuatının yazdığına görə, Anna rəfiqələri ilə birgə gecə klubunda istirahət edirmiş. Kluba baş çəkənlərdən biri elə zənn edib ki, Kurnikova onun yerində oturub və bu səbəbdən də aktiv hərəkətlərə başlayıb. Bu dava-dalaşda Annanın boynunun bir neçə yerdən cızıldığı bildirilir.
Qeyd edək ki, idmançı karyerasına 2003-cü ildə son qoyan Kurnikova bunu belindəki zədə ilə əlaqələndirib.

- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
0
0