Neçə boksçumuz idman ustası olacaq?
07.07.2009 - 09:43
Bu gün Mahaçqalada Dağıstanın görkəmli ictimai və siyasi xadimi Maqomedsalam Umaxanovun xatirəsinə həsr edilmiş XI beynəlxalq boks turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda birinci yerləri tutan idmançılara beynəlxalq dərəcəli idman ustası adı veriləcək. Turnirdə Azərbaycan, Almaniya, Çin, Hindistan, İsrail, İtaliya, Estoniya, Latviya, Belarus, Qazaxıstan, Ukrayna, Ermənistan, Rusiya və Bolqarıstan komandaları iştirak edəcək.
Yarışda Azərbaycan yığmasının heyətində İlkin Ağayev (54 kq), Famil Süleymanov (57 kq), Ruslan Qasımov (60 kq), Rahib Bəylərov (75 kq), Hafiz İsgəndərov (81 kq) və Elçin İsmayılov (+91 kq) mübarizə aparacaq.
AzərTac

- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
0
0