Nizami Paşayev: Danışıram, axırda pis oluram
07.07.2009 - 13:33
“Milli komandamıza kimin baş məşqçi təyin olunmasının mənim üçün fərqi yoxdur. Çünki mən idmançıyam, məşqimi edib, yarışa hazırlaşmalı, yaxşı nəticələr göstərməliyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan ən titullu ağırlıqqaldıranı, yığmamızın lideri Nizami Paşayev deyib.
O, milli komandada baş məşqçi vəzifəsinə Vahid Nəzərovun əvəzinə bolqarıstanlı Yanko Rusevin gətirilməsinə münasibət bildirmək istəməyib: “Bu haqda danışmaq istəmirəm. Danışıram, axırda pis oluram”.
Həmçinin, yeniyetmələrdən ibarət yığmamızı çalışdıran Paşayev vurğulayıb ki, rəhbərlik etdiyi kollektivi qarşıdakı yarışa hazırlaşdırır: “Sentyabrda İsraildə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək. Həmin yarışda tam heyətlə - 8 atletlə iştirak edəcəyik. Bu, dünya çempionatından sonra mənim rəhbərliyim altında yığmanın mübarizə aparacağı ikinci yarış olacaq”.
Xatırladaq ki, Nizami Paşayev ikiqat dünya çempionu titulunu qazanmış yeganə azərbaycanlıdır.

- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
0
0