İkisi getdi, qaldı biri
09.07.2009 - 13:24
Rusiyanın Sankt-Peterburq şəhərində qadın boksçular arasında təşkil olunan beynəlxalq turnirdə bu gün növbəti döyüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha bir üzvü Ceyran Dadaşova məğlubiyyət acısı dadıb.
46 kq çəki dərəcəsində yarışan Ceyran türkiyəli Tuğba Karaşınoğluya uduzub - 5:7. Bununla da, ikinci təmsilçimiz mübarizəni erkən dayandırıb. Dünən Əzizə Abbasova (51 kq) qazaxıstanlı Jaina Şekerbekovla müqavimətsiz təslim olmuşdu (1:27).
Ümumiyyətlə, turnirə 17 ölkə - Azərbaycan, Avstraliya, Kanada, Çin, Çexiya, Finlandiya, Fransa, Hindistan, İrlandiya, Qazaxıstan, Moldova, Şri-Lanka, İsveç, İsveçrə, Türkiyə, Ukrayna və Rusiyadan 90 boksçu qatılıb.
Milli komandamızda medal ümidi yalnız Aynur Rzayevadır (+81 kq). O, cəmi iki idmançının çıxış etdiyi çəki dərəcəsində yerli Nadejda Torlopova ilə döyüşəcək.

- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
0
0