“Makar Mazay”da 6 bürünc medal
15.07.2009 - 00:27
Ukraynanın Mariupol şəhərində başa çatmış boks üzrə ənənəvi 43-cü beynəlxalq “Makar Mazay” turnirində Azərbaycan boksçuları 6 bürünc medal qazanıblar. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nəriman Abdullayevin yetirmələrindən Nihad Seyidov (51 kq), Rəhim Nəcəfov (54 kq), Elşən İsmayılov (57 kq), Ramal Amanov (64 kq), Elçin Əlizadə (91 kq) və Asim İsgəndərov (91 kq-dan çox) fərqləniblər.
Xatırladaq ki, bu beynəlxalq turnir azərbaycanlı boksçular üçün sentyabr ayında Milanda keçiriləcək dünya birinciliyinə hazırlıq olub.
AzərTac
Xatırladaq ki, bu beynəlxalq turnir azərbaycanlı boksçular üçün sentyabr ayında Milanda keçiriləcək dünya birinciliyinə hazırlıq olub.
AzərTac
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0