12 cüdoçumuz Finlandiyaya gedir
17.07.2009 - 15:34
Finlandiyanın Tampere şəhərində keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda 12 idmançımız tatamiyə çıxacaq.
Bunlar Kamran Bağırov (50 kq), Ceyhun Qatayev (55 kq), Mahir Cəfərli (60 kq), Cəlil Cəlilov (66 kq), Ruslan Fərruxzadə (73 kq), Orxan Məmmədli (81 kq), Səbuhi Axundov (90 kq), Andrey Fətiyev (+90), eləcə də Aişə Qurbanlı (48 kq), Şəfəq Muradzadə (52 kq), Rövşanə Hüseynova (57 kq) və Xanım Hüseynovadır (63 kq). İyulun 21-dən 24-dək davam edəcək cüdo yarışlarında yığmamıza məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənov rəhbərlik edəcək.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0