Azərbaycan – ABŞ – 4:3
19.07.2009 - 00:33
Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Qızıl Qran-pri” turniri çərçivəsində Azərbaycan və ABŞ-ın sərbəst güləş üzrə yığmaları arasında yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, görüşdə ölkəmizi müxtəlif beynəlxalq yarışlarda mükafatlar qazanmış 7 ən tanınmış pəhləvan təmsil edib. Gərgin keçən qarşılaşmada Azərbaycan güləşçiləri Cəbrayıl Həsənov (66 kq), Camsulvara Camsulvarayev (74 kq), Navruz Temrezov (84 kq) və Xetaq Qazyumov (96 kq) qələbə qazanıblar. Digər üç çəki dərəcəsində isə ABŞ pəhləvanları üstün olublar.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0