Astarada şahmat turniri
10.12.2009 - 15:06
Astara şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat turnirinə start verilib. Astara Rayon Gənclər və İdman İdarəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa respublikanın 17 şəhər və rayonundan 76 idmançı qatılıb.
8-16 yaşlı oğlanlar və qızlar arasında İsveçrə sistemi üzrə 9 turda baş tutacaq turnir bir həftə davam edəcək. Qaliblər “Təhsil” İdman Mərkəzinin diplom, fəxri-fərman və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0