Vitali Kliçko yenidən çempion oldu
13.12.2009 - 11:50
Ukraynalı Vitali Kliçko Ümumdünya Boks Şurası (WBC) versiyası üzrə superağır çəkidə dünya çempionu titulunu qoruyub. O, İsveçrənin Bern şəhərində hakimlərin yekdil qərarı ilə amerikalı Kevin Consona xalların sayına görə qalib gəlib. Üç hakimin hamısı ukraynalıya eyni hesablı (119:109) qələbə verib. Bu o deməkdir ki, amerikalı yalnız bir raundu udub.
Bununla da 38 yaşlı Vitali Kliçko WBC versiyası üzrə dünya çempionu titulunu üçüncü dəfə müdafiə edib.
Anspress.com
Bununla da 38 yaşlı Vitali Kliçko WBC versiyası üzrə dünya çempionu titulunu üçüncü dəfə müdafiə edib.
Anspress.com
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0