Milli komandamız reytinq cədvəlində gerilədi
16.12.2009 - 16:08
Beynəlxalq Otüstü Hokkey Federasiyası kişi və qadınlardan ibarət milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qadın hokkeyçilərimizin hesabındakı xal dəyişməsə də (923 xal), mövqeyi pisləşib. Belə ki, Joa Hanqın rəhbərlik etdiyi milli komandamız bir pillə geriləyərək, 62 kollektiv arasında 14-cü sırada qərarlaşıb. Avropa yığmalarının reytinq siyahısında isə Azərbaycan 6-cı yerdədir.
Kişilərdən ibarət milli komandalara gəlincə, yığmamız 44-cü pillədədir. Həmyerlilərimizin hesabında 140 xal var. Cədvələ ümumilikdə 73 komandanın adı düşüb. Bu isə o deməkdir ki, kişi otüstü hokkeyçilərimiz dünyada 29 yığmanı qabaqlayırlar.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0