Əli İsmayılov nokauta düşdü - FOTO
18.12.2009 - 13:31
Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov karyerasında üçüncü dəfə məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, həmvətənimiz bu dəfə Rusiyanın Sankt-Peterburq şəhərində WBO “Intercontinental” kəməri uğrunda döyüşdə yerli idmançı Denis Lebedevə uduzub.
“Tayfun” klubunda keçirilən döyüşdə Lebedev ilk raunddan üstünlüyə yiyələnib. Əli ikinci raundda rəqibinə ciddi müqavimət göstərsə də, bu, uzun müddətli olmayıb. Döyüşün gedişində İsmayılova qüvvətli zərbələr vuran rusiyalı sonda istəyinə çatıb. Belə ki, üz nahiyəsində çoxsaylı çapıqlar yarandığından, boksçumuz 7-ci raundda döyüşü davam etdirməkdən imtina edib. Nəticədə Lebedev texniki nokaut sayəsində qələbə qazanıb.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0