Azərbaycanın ən güclüləri
09.02.2010 - 23:17
“Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında boks üzrə Azərbaycan birinciliyi başa çatıb. Apasport.az saytının xəbərinə görə, 11 çəki dərəcəsində keçirilən yarışlarda ölkənin 30 bölgəsindən 216 boksçu iştirak edib.
Nurlan Qasımov (48 kq), Şaban Şahpələngov (51 kq), Elyaz Əsədullazadə (54 kq), Pərviz Bağırov (57 kq), Coşğun Əliyev (60 kq), Samir Əcəmov (64 kq), Emil Əhmədov (69 kq), Rauf Rəhimov (75 kq), Teymur Məmmədov (81 kq), Heydər Heydərov (91 kq) və Fəqan Ömərov (+91 kq) qızıl medallara sahib çıxıblar.
Ölkə çempionatı martda keçiriləcək ənənəvi “İpək yolu” beynəlxalq Bakı turnirinin və aprelin 20-də Azərbaycan paytaxtında başlanacaq dünya çempionatının seçmə mərhələsi olub.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0