Bir boksçumuz dünya çempionatında mübarizəni dayandırdı
26.04.2010 - 20:11
Bakıda gənc boksçular arasında dünya birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançıları yarışa uğurla başlayıblar.
Dünən həmvətənlərimizdən Elvin İsayev (57 kq) birinci mərhələdə israilli Roy Xarmatsla qarşılaşıb. Rinqdə rəqibinə çətin anlar yaşadan boksçumuz 16:2 hesabı ilə qalib gəlib. O, aprelin 27-də keçiriləcək növbəti mərhələdə Babur Aytbayevlə (Özbəkistan) üz-üzə gələcək.
69 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov nepallı Rohan Pradhanı Bakıya gəlməyə peşman edib. 1 dəqiqə 5 saniyəyə rəqibini “istirahətə” göndərən həmyerlimiz ikinci döyüşdə Tolqa Doğanla (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.
Bu gün boksçularımızdan Teymur Məmmədov (81 kq) və Hacıbaba Hacıbabayev (91 kq) rinqə çıxıblar. Məmmədov braziliyalı Tyaqu Enrike Lima ilə qarşılaşıb və rəqibini 5:1 hesabı ilə məğlub edib.
Az öncə Hacıbabayev Ukraynanı təmsil edən erməni Armen Simonyanla üz-üzə gəlib. Təəssüf ki, həmyerlimiz rinqdən məğlub ayrılaraq, mübarizəni dayandırıb.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0