Cahangir Əsgərov yenidən federasiya prezidenti seçildi
03.05.2010 - 12:56
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib. Bu haqda Lent.az-a federasiya rəsmisi İskəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı toplantıda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) rəhbəri Cahangir Əsgərov yenidən növbəti 5 il müddətinə AAAF-ın prezidenti seçilib. Toplantıda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov federasiyanın I vitse-prezidenti, Tofiq Heydərov təsərrüfat, Elxan Əliyev maliyyə məsələləri üzrə vitse-prezident seçilib. Baş katib vəzifəsini bundan sonra Yavər Hacıyev yerinə yetirəcək. İcraçı direktor postu isə İskəndər Əsgərova həvalə edilib.
Əvvəllər AAAF-ın I vitse-prezidenti postunda çalışmış Vahid Nəzərov bundan sonra fəaliyyətini yalnız beynəlxalq dərəcəli hakim kimi davam etdirəcək.
Əvvəllər AAAF-ın I vitse-prezidenti postunda çalışmış Vahid Nəzərov bundan sonra fəaliyyətini yalnız beynəlxalq dərəcəli hakim kimi davam etdirəcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0