Azərbaycan yığması Avstriyadan 2 qızıl və 1 gümüş medalla qayıdır
24.05.2010 - 16:18
Avstriyanın Linç şəhərində usta ağır atletlər arasında keçirilən Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 6 veteran idmançı ilə yarışa qatılan Azərbaycan yığması 2 qızıl və 1 bürünc medala sahib olub.
Belə ki, Akif Alıyevdən (56 kq, 50-54 yaş arası) sonra 94 kq çəki dərəcəsində podiuma çıxan Əhməd Şahbazov da Avropa çempionu adına layiq görülüb. 35-39 yaşlı atletlər arasında qüvvəsini sınayan həmyerlimiz iki hərəkətin cəmində 285 kq (125 kq + 160 kq) çəkinin öhdəsindən gəlib. Həmin yaş qrupunda 69 kq çəki dərəcəsində az öncə yığma karyerasını başa vuran Asif Məlikov isə bürünc medalla kifayətlənib (111 kq + 136 kq = 247 kq).
Digər atletlərimizdən Natiq Ağayev və Nəsimi Bağırov VI, Teymur Əliquliyev isə X yeri tutublar.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0