Kloze Azərbaycan milli komandasına qarşı oynamaq istəmir
29.06.2010 - 12:26
Almaniya milli komandasının futbolçusu Miroslav Kloze yığmadakı karyerasını bitirmək haqda düşünür. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu Bundestimlə vidalaşmaq haqda fikirləşdiyini rəsmən açıqlayıb.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan almaniyalıların əsas qol ümidi komandamızla sentyabrın 7-dəki matçda da oynamaya bilər: “Ayaqlarım qaçdığı qədər futbol oynayacağam. Lakin mən qəfil qərarlar verməyi xoşlayıram. Ola bilər ki, 2-3 həftədən sonra gənclərə yol açmaq qərarına gəlim”.
Qeyd edək ki, Kloze yığmada 99 oyuna 50 qol vurub.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0