Deku milli komandadan ayrıldı
30.06.2010 - 14:20
Londonun “Çelsi” klubunun futbolçusu Deku yığma karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi dünya çempionatının 1/8 finalında İspaniyaya məğlubiyyət (0:1) nəticəsində turnirdə çıxışını başa vurduqdan sonra Portuqaliya millisindən getməyi qərara alıb: “Mən bu komandanı heç vaxt unutmayacağam. Portuqaliya yığması ürəyimdə həmişəlik qalacaq”.
Qeyd edək ki, millisinin heyətində Bakıya gələn, yığmamıza qarşı oynayan Deku milliyətcə braziliyalıdır. Anadan olduğu ölkəsinin yığmasına cəlb olunmayan futbolçu oynadığı Portuqaliyanı seçdi. Zədə üzündən mundialda az oynayan Deku millidə keçirdiyi 75 görüşdə 5 qol vurub.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0