Dunqa: Nəticənin məsuliyyəti məndədir, postumdan gedirəm
03.07.2010 - 09:39
“Biz belə şeyi gözləmirdik. Heç kim bu cür uduzacağımızı gözləmirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Braziliya yığmasının baş məşqçisi Dunqa deyib. DÇ-2010-un 1/4 finalında Hollandiya millisi ilə oyunda 1:0 hesabı ilə irəlidə olduğu vaxtda sonda uduzan (1:2) beş qat dünya çempionları mübarizəni dayandırdı. Məsuliyyəti öz üzərinə götürən Dunqa postunu tərk edir: “Hər oyunun 90 dəqiqə getdiyini bilirik. İlk hissədə heç də pis oynamadıq. Ancaq görüşün ikinci hissəsində bu ritmi saxlaya bilmədik. Şübhəsiz ki, Braziliya yığmasının baş məşqçisi kimi bu nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm. Sirr deyil ki, yığmada işə başladığımız zamanı 4 il müddətə bel bağlayırdım. Dünya çempionatında kənarda qalmağı qəbul etmək məyus edicidir. Mən yığmada qalmayacağam”.
Qeyd edək ki, Dunqa DÇ-2006-dan sonra vaxtilə rəhbərliyi altında dünya çempionu olduğu Karlos Alberto Parreyranı əvəzləmişdi.
Qeyd edək ki, Dunqa DÇ-2006-dan sonra vaxtilə rəhbərliyi altında dünya çempionu olduğu Karlos Alberto Parreyranı əvəzləmişdi.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0