Özbəkistanlı hakimə mundialda növbəti təyinat
06.07.2010 - 08:57
Özbəkistanlı FİFA hakimi Rövşən İrmatov dünya çempionatında növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, 1/4 finalda Almaniya – Argentina kimi məsul oyunu idarə edən 33 yaşlı referi bu dəfə yarımfinalda Uruqvay – Hollandiya görüşünə baş hakim təyin olunub.
Ona yenə həmyerlisi Rafael İlyasovla qırğız Bahadır Koçkarov kömək edəcək. İrmatov mundialın açılış oyunu CAR – Meksika görüşündən sonra İngiltərə - Əlcəzair və Yunanıstan – Argentina matçlarına təyinat almışdı.
Sabah keçiriləcək Almaniya – İspaniya oyununu isə macar hakimlər idarə edəcək. Baş hakim Viktor Kaşşaiyə Qabor Eroşla Tibor Vamoş yardımçı olacaq. Kaşşai buna qədər Braziliya – Şimali Koreya, Meksika – Uruqvay və 1/8 finalda ABŞ – Qana görüşlərinə baş hakim təyin olunmuşdu.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0