Daha bir milli komanda başsız qaldı
06.07.2010 - 10:18
Futbol üzrə Paraqvay milli komandasının baş məşqçisi Xerardo Martino istefa verib. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, yığma vətənə döndükdən sonra Martino komandadan getdiyini elan edib.
Argentinalı mütəxəssis Paraqvay millisinə 2007-ci ilin fevralında baş məşqçi təyin olunub. 2010-cu il dünya çempionatından sonra isə onun müqaviləsi başa çatıb. Komanda paytaxt Asunsyona qayıtdıqdan sonra azarkeşlərin coşqusu ilə qarşılanıb. Martino tərəfdarlara yeni baş məşqçiyə lazımi kömək edəcəyini söz verib. Amma hələlik onun əvəzləyəcək şəxs məlum deyil.
Martino gələcək karyerası haqda da danışıb. 47 yaşlı mütəxəssis Argentina, Səudiyyə Ərəbistanı və Meksikadan təkliflər aldığını bildirib.
Qeyd edək ki, Xerardo Martinonun rəhbərliyi altında Paraqvay yığması tarixində ilk dəfə dünya çempionatının 1/4 finalınadək irəliləyib.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0