Yoahim Löv: İspanlar həmişə meydanda ağalıq edirlər
08.07.2010 - 09:41
“Əminəm ki, İspaniya yığması istənilən rəqibi uda bilər. Çünki onlar həmişə meydanda ağalıq edirlər. İspanların hücumlarını dayandırmaq çox çətindir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Dünya çempionatının yarımfinalında İspaniyaya 0:1 hesabı ilə uduzan Bundestim ən yaxşı halda bürünc medalla kifayətlənməli olacaq. Löv ispanların hər bir rəqibi yenmək bacarığında olduqlarını söyləyib: “Onlar son iki-üç ildə dünyanın ən yaxşı komandalarından biridir. Ən azı iki ildir bu heyətlə oynayırlar, topa gözəl nəzarət edirlər. Hücumlarının qarşısını almaq çox çətindir. Biz taktikamızla onları yenmək bacarığında deyilik. İspanlar bizə öz futbolumuzu oynamağa imkan vermədilər. Bizim bu oyuna gözəl planlarımız var idi. Ancaq həyata keçirə bilmədik. Biz yarımfinalda orta sahəni uduzduq. Futbolçularımız müdafiədən hücuma lazımınca keçmədilər. Karles Puyolun qolundan narazı qaldım. Biz həmin vaxt topu çıxarmalı idik”.
Qeyd edək ki, Almaniya iyulun 10-da 3-cü yer uğrunda Uruqvayla görüşəcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0