“Qara qitə”də yeni dünya çempionu olacaq
08.07.2010 - 11:04
Cənubi Afrika Respublikasında başa çatmaqda olan dünya çempionatının yeni qalibi olacaq. Apasport.az saytının məlumatına görə, “qara qitə”də keçirilən ilk mundial yeni dünya çempionatının olması ilə tarixə düşdü.
Bu, İspaniyanın ikinci finalçı olmasından sonra müəyyənləşdi. Pireney təmsilçisi indiyədək üç dəfə dünya çempionu adını qazanan Almaniyanın yox, özünün ilk dəfə finala çıxmasını reallaşdırdı. Onların iyulun 11-də həlledici görüşdə rəqibi olan Hollandiya iki dəfə (1974 və 1978-ci illərdə) finala çıxsa da, qızıl medala sahib çıxa bilməyib.
Bu yığmalardan biri 8-ci dünya çempionu olacaq. Belə ki, mundialı indiyə kimi 7 yığma – Uruqvay (1930, 1950), İtaliya (1934, 1938, 1982, 2006), Almaniya (1954, 1974, 1990), Braziliya (1958, 1962, 1970, 1994, 2002), İngiltərə (1966), Argentina (1978, 1986) və Fransa (1998) qazanıb.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0