Almaniya dünya üçüncüsü olacaq! - FOTO
09.07.2010 - 15:07
Oberhauzen şəhərində akvariumda yaşayan 8 ayaqlı “falçı ilbiz” Almaniya yığmasının dünya üçüncüsü olacağını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Paul adlı ilbiz akvariuma qoyulan içi yemək dolu Uruqvay və Almaniya bayraqlarını əks etdirən qutular arasında seçim edib.
Bu gün bir çox televiziya kanalının canlı yayımladığı mərasimdə falçı dəniz heyvan məhz Almaniya bayrağı olan qutunu seçərək, Yoahim Lövün komandasının Uruqvay üzərində qələbə qazanacağını iddia edib.
“Paul” indiyədək etdiyi seçimlərdə yanılmayıb. Belə ki, Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında Almaniyanın bütün oyunlarını düzgün müəyyənləşdirən ilbiz Bundestimin Serbiya və İspaniya məğlub olacağını demişdi. Artıq bir çox bukmekerlər oyunlara pul qoyuluşu edərkən, dəniz heyvanının seçiminə üstünlük verir.
Qeyd edək ki, Avro-2008-də də Almaniyanın oyunlarını müəyyənləşdirən 8 ayaqlı həmin vaxt 30 faiz düzgün seçim etmişdi. Paulun bu dəfəki seçim faizi yüzdə yüzdür.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0