Dieqo Forlan dünya çempionatının ən yaxşı futbolçusu seçilib
12.07.2010 - 09:53
Cənubi Afrika Respublikasında keçirilən 2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Uruqvay yığmasının hücumçusu Dieqo Forlan ən yaxşı futbolçu seçilərək, “Qızıl top” mükafatına sahib çıxıb. Madridin “Atletiko” klubunda oynayan Forlana sorğuda iştirak edənlərin 23,4 faizi səs verib. İkinci yer holland yarımmüdafiəçi Uesli Sneyder, üçüncü pillə ispan hücumçu David Vilyaya qismət olub. Hər üç futbolçu mundialda 5 qolla şərikli bombardir olub. DÇ-2010-da 4-cü yer tutan, 11 qoldan 5-nə imza atan Dieqo iki ay öncə “Atletiko”nun heyətində Avroliqanın qalibi olub.
Qeyd edək ki, 2006-cı ildə Almaniyada keçirilən DÇ-2006-da ən yaxşı futbolçu kimi “Qızıl top” mükafatı gümüş mükafatçı olan Fransa yığmasının yarımmüdafiəçisi Zinəddin Zidana verilmişdi.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0