Forlan: Bunu heç təsəvvürümə gətirməzdim
12.07.2010 - 12:50
“Qızıl top”a layiq görülməyim möhtəşəm və gözlənilməz oldu. Belə şeyi heç vaxt təsəvvürümə belə gətirə bilməzdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Uruqvay milli komandasının futbolçusu Dieqo Forlan deyib.
CAR-da təşkil olunan dünya çempionatının final mərhələsinin ən yaxşı futbolçusu seçilən 31 yaşlı hücumçu “Qızıl top”a layiq görülməsini yığmasının yarımfinaladək irəliləməsi ilə bağlı olduğunu düşünür: “Bir hücumçu kimi “Qızıl buts” uğrunda mübarizə apara bilərdim. Buna yaxın idim də. Belə bir yarışın ən yaxşı futbolçusu seçilmək isə... Çox sevinirəm və bilirəm ki, bu, Uruqvay yığmasının əla çıxışı nəticəsində mümkün oldu”.
Qeyd edək ki, Uruqvay yığması mundialı IV yerdə bitirib.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0